CAS-dan «Malaqa»ya şok cavab
Beynəlxalq İdman Arbitaj Məhkəməsi (CAS) «Malaqa» ilə bağlı qərar verib. Maliyyə fair-play qaydalarına riayət etməyən kluba verilmiş illik cəza CAS tərəfindən təsdiqlənib.

Məhkəmə UEFA-nın haqlı olduğuna qərar verib. Beləliklə, La Liqa təmsilçisi bu mövsüm Avropa Liqasından kənarda qalacaq.

İndi «Malaqa»nı Avropa Liqasında hansı klubun əvəz edəcəyi maraq doğurur. Əslində, bu hüququ La Liqanı 8-ci pillədə başa vurmuş «Rayo Vallekano»nu qazanmalıdı. Amma bu komandanın da «Malaqa» kimi maliyyə məsələləri ilə bağlı problemi var. «Rayo Vallekano» ilə bağlı qərar dəyişdirilməyəcəyi halda Avropa Liqasına «Valensiya» və «Betis»lə birlikdə «Seviliya» yollanacaq.

Xəbər 772 dəfə oxundu.