Xesus Navas Premyer Liqada
“Mançester Siti” “Sevilya”nın cinah oyunçusu Xesus Navasın transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, klubun rəsmi saytı ispaniyalı futbolçu ilə rəsmi müqavilə imzalandığını elan edib.

Lakin bu transferin “Mançester Siti”yə neçəyə başa gəlməsi haqda məlumat verilməyib. Mançester təmsilçisinə keçidi ilə bağlı açıqlamalar verən 27 yaşlı futbolçu Premyer Liqada oynayacağı üçün xoşbəxt olduğunu bildirib:

“Premyer Liqa yüksək templi bir çempionatdı və mənim oyun üslubuma uyğundu. Forma geyinmək üçün səbirsizlənirəm. “Mançester Siti”yə gəldiyim üçün çox xoşbəxtəm. Öz oyunumla mənə güvənənlərin etimadını doğrultmağa çalışacam”.

Xəbər 803 dəfə oxundu.