Monakodan yeni təklif
Monako Kriştiano Ronaldonun transferi ilə bağlı təklif hazırlayır.

İdman.com.az saytının məlumatına əsasən, knyazlıq klubu onun üçün 100 milyon avro ödəməyə hazırdır. Ronaldo "Real"la yeni müqavilə ilə bağlı problem yaşayır. Yaxın günlərdə Portuqaliyalı futbolçu yeni müqavilənin imzalanmayacağını bildirib. Məhz bu bəyanatdan sonra Monako hərəkət keçib və futbolçunun agenti ilə danışıqlar aparıb. Monako rəhbərliyi futbolçuya 20 milyon avroluq məvacib təklif edir. Bu ölkədə vergi tutulmadığına görə Portuqaliyalı dünyanın ən yüksək qazanclı futbolçusuna çevriləcək.

Əlavə edək ki, Ronaldonun agenti Jorje Mendeş həmçinin Falkaonun agentidir.Bu yay Monako artıq transferlərə 110 milyon xərcləyib.

Xəbər 809 dəfə oxundu.