“Araz” klubunda yeni məşqçi təyinatı reallaşıb
Növbəti mövsümdən Azərbaycan birinci divizionunda mübarizə aparacaq “Araz” klubunda yeni məşqçi təyinatı reallaşıb.

Baş məşqçi Əsgər Abdullayev köməkçilərindən birini müəyyənləşdirib. Bu, gürcüstanlı Yevgeni Jeniyadır. Jeniya “Araz”da həm fiziki hazırlıq, həm də qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. “Turan”da Əsgər Abdullayevə yardım etmiş gürcü məşqçi artıq Naxşıvandadır və yeni işinin icrasına başlayıb.

Xəbər 779 dəfə oxundu.