Benzema “Real”da qalacaq
“Real”da top qovan Kərim Benzema gələcək karyerası haqda açıqlamalar verib. Fransız futbolçu Madrid təmsilçisindən ayrılmaq niyyətinin olmadığını bildirib:

“Mən “Real”da qalacam. Burada xoşbəxtəm və heç yerə getmək fikrim yoxdu. Burda titul qazanmaq istəyirəm, ancaq hazırda bir qədər istirahətə ehtiyacımız var. Bu mövsüm bir qədər fərqli oldu. İlk mövsümümdə 30 qol vurmuşdum, bu dəfə isə 21 dəfə fərqləndim. Növbəti mövsüm Çempionlar Liqasını qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm “Real”ın heyətində 50 oyun keçirib və 21 dəfə rəqib qapısına yol tapıb.

Xəbər 826 dəfə oxundu.