Zaqatalada süni örtük yeni örtüklə əvəzlənəcək
Zaqatala Şəhər Stadionunda süni örtüyün yeni örtüklə əvəzlənməsi prosesinə start verilib. Artıq arenada ilkin mərhələdə görülməsi nəzərdə tutulan işlər görülməkdədir.

Yaxın vaxtlarda hazırkı süni örtük söküləcək. Yeni örtüyün gələn ayın ortalarında Azərbaycana gətiriləcəyi gözlənilir.

Xəbər 670 dəfə oxundu.