Gənc sərbəst güləşçilərimiz Dünya Kubokunda iştirak edəcəklər
Mayın 27-28-də Almaniyanın Plauen şəhərində sərbəst güləş üzrə gənclər arasında Dünya Kuboku yarışları keçiriləcək. İlk dəfə keçirilən yarışlarda Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, İran, ABŞ, Yaponiya və Almaniya komandaları iştirak edəcək.
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında yarışda iştirak edəcək. Heyətdə Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq), Toğrul Əsgərov (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusifov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Məhəmməddabirov (120 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.


Xəbər 1274 dəfə oxundu.