"Beşiktaş" transferini reallaşdırıb
"Beşiktaş" növbəti transferini reallaşdırıb.

"Qara Qartal" "Rubin"in yarımmüdafiəçisi Gökhan Töreni heyətinə qatıb. Töre yeni klubunda icarə əsasında çıxış edəcək. Razılığa əsasən, o 2014-ci il, mayın 31-nə kimi "Beşiktaş"ın şərəfini qoruyacaq. 1 illik icarə müqaviləsi başa çatdıqdan sonra isə "Beşiktaş" 7,5 milyon avro ödəməklə Gökhan Törenin transfer hüququna birdəfəlik yiyələnə bilər.

Xəbər 602 dəfə oxundu.