"Bakı" Xavyer Junioru heyətdə saxladı
Rəşad Abdullayevlə Əfran İsmayılovu heyətinə qatıb, Elvin Məmmədov və Elvin Əliyevlə də 1 illik müqavilə yeniləyən "Bakı" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb. Xavier Junior da gələn mövsümü "zolaqlılar"ın heyətində keçirəcək.

Qeyd edək ki, Aleksandr Şoliç, Ibrahim Karqbo, Denis İvanovs, Uinston Parks, Deyvidas Çesnauskis və Edemir Rodrigeslə vidalaşan klub Edin Nuredinoski ilə Lukas Mario Horvatı transferə çıxarıb.

Xəbər 938 dəfə oxundu.