«Valensiya» əfsanəsini yola salır
«Valensiya» 15 ildi komandanın uğurları üçün çalışan David Albelda ilə yolları ayırır. Futbolçunun iyunun 30-da başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq.

Albelda ilə İdarə Heyəti üzvləri arasında keçirilən görüşdən sonra belə bir qərar verilib və bu barədə komandanın yeni baş məşqçisi Miroslav Kukiç məlumatlandırılıb.

«Valensiya» komandanın kapitanını xüsusi tədbirlə yola salacağı açıqlanıb. 35 yaşlı Albeldanın karyerasını bitirəcəyi gözlənilir.

Qeyd edək ki, Albelda 1996-cı ildən çıxış etdiyi «Valensiya»da 351 oyuna çıxıb və 6 qol vurub. Bu müddətdə İspaniya çempionluğunu (2002, 2004), «Kral Kuboku»nu (2008), ölkə Super Kubokunu (1999), UEFA Kubokunu (2004) və Super Kubokunu (2004) qazanan futbolçu 2000 və 2001-ci illərdə Çempionlar Liqasında final oynayıb. İsapiya millisində 51 oyun keçirən David 1996/97 və 1998/99 mövsümlərində «Vilyarreal»a icarəyə verilib.

Xəbər 986 dəfə oxundu.