«Neftçi» Avropanın «qızıl 10-luğ»unda
Avropa ölkələrinin çempionatlarında «qızıl dubl»a imza atan klubların siyahısı açıqlanıb. Siyahıda Azərbaycan çempionu «Neftçi» də yer alıb.

«Ağ-qaralar» 2012/13 mövsümündə həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun qalibi olub. «Neftçi» ilə yanaşı, daha 9 klub bu uğura imza atıb. «Bavariya» Almaniyada, ÇSKA Rusiyada, «Şaxytor» Ukraynada, «Olimpiakos» Yunanıstanda, «Seltik» Şotlandiyada, «Legia» Polşada, «Dinamo» (Tiflis) Gürcüstanda, «Maribor» Sloveniyada, «Slovan» isə «Slovakiya» həm çempion olub, həm də kuboku qazanıb.

Xəbər 985 dəfə oxundu.