AZAL-ın heyətinə qatmaq istədiyi iki futbolçu
AZAL-ın heyətinə qatmaq istədiyi iki futbolçu müəyyənləşib. «Təyyarəçilər» Ruslan Qurbanovla Tofiq Mikayılovun xidmətində maraqlıdı.

AZAL rəhbərliyi bu transferləri həll etmək üçün futbolçuların məxsus olduğu «Neftçi» və «Rəvan»la danışıqlar aparır.

Qeyd edək ki, Ruslan son mövsümdə icarə əsasında «Sumqayıt»da çıxış edib və meydana çıxdığı 24 oyunda (1787 dəqiqə) 6 qol vurub. Tofiq isə forma geyindiyi 31 qarşılaşmada (1898 dəqiqə) 3 dəfə fərqlənib.

Xəbər 731 dəfə oxundu.