"Buduçnost"un futbolçusu "İnter"də
"İnter" klubunun düşərgəsinə dünən yeni futbolçu qoşulub. Söhbət braziliyalı Flavio Beck Juniordan gedir. 1987-ci il martın 14-də anadan olan Junior yarımmüdafiəçidir. Braziliyalı orta xətt oyunçusu peşəkar karyerasında Xorvatiyanın "Solin" (19 oyun, 12 qol) klubunda başlayıb. Daha sonra Almaniyanın "Enerji" (9 oyun, 2 qol), Albaniyanın "Flamurtari Vloro" (35 oyun, 8 qol), Bosniyanın "Şiroki Briyeq" (12 oyun, 2 qol), Sloveniyanın "Maribor" (11 oyun), İranın "Bərq Şiraz" (9 oyun, 4 qol) klublarında forma geyən Juniorun sonuncu klubu Çernoqoriya "Buduçnost"udur. 2011-ci ildən Podqorista klubunun şərəfini qoruyan Junior burada meydana çıxdığı 35 oyunda 4 qol vurub.

Xəbər 824 dəfə oxundu.