Almeyda və Kanales bir yerdə
Azərbaycan Premyer Liqasında aprel və may ayları üçün ən yaxşı futbolçular bəlli olub.

Hər 2 ayda ölkəmizdə debüt mövsümünü keçirən legionerlər fərqlənib.

Belə ki, jurnalistlər arasında keçirilən sorğuya əsasən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda aprelin, “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales isə mayın ən yaxşısı futbolçu seçilib. Riçard apreldə 3 qol vuraraq, “Neftçi” (2:1) və “Bakı” (1:0) ilə səfər oyunlarında qələbəni təkbaşına həll edib. O, çempionatda 13 dəfə fərqlənib.

26 qolla Premyer Liqanın ən sərrast oyunçusu olan Kanales isə “Qarabağ”la səfər matçında komandasına demək olar çempionluq qazandırıb.

Ancaq Peşəkar Futbol Liqasının (PFL) müəyyənləşdirdiyi ən yaxşı qolların müəllifləri yerli futbolçular olduqlarından, onlar mükafatlandırmada iştirak edə biləcəklər. Özü də hər ikisi eyni klubun – “Rəvan”ın yarımmüdafiəçiləri Tofiq Mikayılovla Ramazan Abbasovdur.

Tofiq apreldə “Kəpəz”ə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənib. Ramazan isə evdə AZAL-a 3:5 hesabı ilə uduzduqları matçda gözəl qola imza atıb.

Qeyd edək ki, ən gözəl qollar PFL-nin rəsmi saytına keçirilən sorğunun nəticəsinə əsasən müəyyənləşir.

Xəbər 969 dəfə oxundu.