"Tottenhem" iki nəfərsiz yola davam edəcək
Uilyam Qallas və Devid Bentli Londonun "Tottenhem" komandasını tərk edəcəklər.

İdman.com.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçunun müqaviləsi ayın sonuna kimi başa çatacaq.

Əlavə edək ki, Qallas 2010-cu ildə Tottenhemə Arsenaldan gəlib və bu müddət ərzində o, 78 oyunda iştirak edib. 28 yaşlı futbolçu Bentli isə 2008-ci ildən Hotspursun futbolçusu olub. Tottenhemin heyətində 62 oyunda çıxış edib və 8 qola imza atıb.

Xəbər 622 dəfə oxundu.