Moris yeni baş məşqçi təyin olunub
NBA-nın rəsmi saytı Detroyt klubu Moris Çiksin yeni baş məşqçi təyin edildiyi barədə məlumat verib.

56 yaşlı mütəxəssis mövsümün sonunda istefaya göndərilən Lourens Frenkini əvəz edəcək.

Xatırladaq ki, bu Morisin karyerasında 3-cü komandadır. Buna qədər o Portlendi və Filadelfiyanı çalışdırıb. Son 4 mövsümdə isə Oklahomada köməkçi məşqçi idi. Filadelfiyanın baş məşqçisi köməkçisi kimi Çiks NBA-nın finalına yüksələ bilib. Oyunçu kimi isə o 1983-cü ildə çempion olub və 4 dəfə ulduzlar oyununda iştirak edib.


Aynurə

Xəbər 614 dəfə oxundu.