UEFA "Fənərbaxça" və "Beşiktaşı" cəzalandıracaq
UEFA “Fənərbağça” klubunun iki il müddətinə UEFA yarışlarından məhrum edilməsini və klub prezidenti Əziz Yıldırımın futboldan kənarlaşdırılmasını tələb edib.

Buna səbəb 2011-ci ildə Türkiyə Superliqasında danışılmış oyunları keçirilməsidir.

Həmçinin "Beşiktaş" klubuna da müəyyən cəzalar tədbiq oluna bilər. Bu klubun da adı oyun alqı-satqısında çəkilib.

UEFA Nizam-İntizam Komitəsinin “Beşiktaş”la bağlı iyunun 21-də, “Fənərbağça ilə bağlı isə iyunun 22-də iclas keçirəcək.

Xəbər 792 dəfə oxundu.