Modriç: “Başqa klublar mənimlə maraqlanır”
“Real”ın yarımmüdafiəçisi Luka Modriç komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Xorvatiyalı futbolçu Madrid klubundan getməyə hazırlaşmır.

Modriç mətbuatda gəzən informasiyanı təkzib edib: “Mən “Real”dan getməyə hazırlaşmıram, amma mənə digər klublar maraq göstərir. Hər bir futbolçu “Real”da oynamaq istəyər. Mən də istisna deyiləm. Təəssüf ki, Mourinyo komandanı tərk etdi. Mənim “Real”a gəlməyimdə onun rolu böyük oldu. Mourinyo çox gözəl məşqçidi. Onunla işləmək şərəfi idi. Mən Jozeyə yeni işində uğurlar arzu edirəm”.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur. O, 33 matçda meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.

Xəbər 784 dəfə oxundu.