Fernandes “Beşiktaş” da qaldı
“Beşiktaş”ın futbolçusu Manuel Fernandes daha üç il komandasının şərəfini qoruyacaq. Müqaviləsi başa çatan portuqaliyalı futbolçu klub prezidenti Fikrət Ormanla görüşdən sonra bu qərarı verib.

Klub rəhbəri futbolçuya bildirib ki, onun komandada qalmasını istəyir.
Fernandes isə “Mən Türkiyədə çox xoşbəxtəm. “Beşiktaş” azarkeşlərinə də çox bağlıyam. Buna görə ayrılmağı heç düşünmürəm” – deyə komandada qalmaq istədiyini bildirib.

Görüşdən sonra qarşılıqlı razılaşmaya əsasən yaxın günlərdə müqavilə imzalamaq qərara alınıb.

Xəbər 778 dəfə oxundu.