Luka Modriç "Real"dan ayrılmaq istəmir
"Real"ın (Madrid) futbolçusu Luko Modriç "Çelsi"yə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Yarımmüdafiəçi Madrid klubundan ayrılmaq niyyətinin olmadığını bildirib:

"Bir çox klublardan təkliflər alıram. Hər kəs bir gün "Real"da forma geyinmək istəyər. Düzdür, Mourinyonun getməsindən çox təəssüfləndim. Çünki mən bura gəlməyimdə onun çox böyük rolu alıb. Ancaq mən buradan ayrılmaq istəmirəm".

Qeyd edək ki, 27 yaşlı oyunçu 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunub.

Xəbər 804 dəfə oxundu.