Julius Vobayla bağlı müəmmalı olaylar davam edir
Julius Vobayla bağlı müəmmalı olaylar davam edir. «Neftçi» ilə yeni müqavilə bağlamayan futbolçunun Cənubi Kiprin «Anartosis» klubuna keçidi ilə bağlı xəbərlər də yalan çıxıb.

Belə ki, gün səhər saatlarında wikipedia.org saytı onu Cənubi Kipr klubunun üzvü kimi qeyd etmişdi. Lakin çox keçmədən bu məlumat saytdan çıxarılıb.

Bu dəfə isə daha böyük bir iddia ortaya atılıb və afrikalı oyunçu BATE-nin oyunçusu kimi göstərilib. Lakin çox keçmədən bu məlumat da saytdan çıxarılıb və Vobay «Neftçi»nin futbolçusu kimi təqdim edilib.

Afrikalı futbolıçunun «Anartosis»ə keçməsi ilə bağlı xəbərdə də qeyd etdiyimiz kimi, görünür bu menecerlərin piar kampaniyanın tərkib hissəsidi. Yəqin onlar bu yolla müştərilərinin qiymətini artırmağa çalışırlar.

Xəbər 1123 dəfə oxundu.