«Qəbələ» daha bir liqanı çempionluqla tamamlayıb
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan «Qəbələ» daha bir liqanı çempionluqla tamamlayıb. U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən «qırmızı-qaralar» U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.

U-16 Liqasında keçirilən «Rəvan» – «Qəbələ» matçından sonra bölgə klubu 2012-2013 mövsümünün qalibi adını qazanıb. «Qəbələ» qalib adına keçirdiyi 22 oyundan sonra yiyələnib. «Rəvan»la matç qonaqlarıe 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. «Qəbələ»yə qələbə qazandıran qollara Roman Hüseynov və Ülvi İskəndərov imza atıb. Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran «qırmızı-qaralar» 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan «Neftçi» üçün əlçatmaz olub. Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan «Qəbələ» çempionluğu təmin edib.

Qeyd edək ki, yekunlaşmayan U-15 Liqasında da «Qəbələ» çempionluq şansını saxlayır.

Xəbər 803 dəfə oxundu.