Gürcüstan yığmasının daha bir üzvü «İnter»də
Aleksandr İaşvilini heyətinə qatan «İnter» Gürcüstan millisinin daha bir üzvü ilə anlaşıb. Bank klubu son olaraq Qori «Dila»sında çıxış edən David Kvirkveliyanı transfer edir.

Baş məşqçi Kaxaber Tsxadadze sol cinah müdafiəçisini artıq yola salınmış digər gürcü oyunçu İliya Kandelakiyə əvəzləyici kimi sərəncamında görmək istəyir. Tərəflər arasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı deyilir.

Qeyd edək ki, Kvirkveliya ötən ildən «Dila»da çıxış edirdi (2012-2013, 20 oyun, 2 qol). O, əvvəllər «Kolxeti-1913» (Gürcüstan, 1999-2002, 61 oyun, 7 qol), Tiflisin «Dinamo» (Gürcüstan, 2002-2004, 63 oyun, 7 qol), «Alaniya» (Rusiya, 2005, 14 oyun), Zaporojinin «Metallurq» (Ukrayna, 2006-2007, 53 oyun, 6 qol), «Rubin» (Rusiya, 2008-2010, 31 oyun, 3 qol), «Anji» (Rusiya, 2010-2011, 13 oyun), «Panionios» (Yunanıstanın, 2011-2012, 19 oyun) və «Anortosis» (Cənubi Kipr, 2012, 11 oyun, 2 qol) klublarında çıxış edib.

33 yaşlı sol cinah müdafiəçisi 2003-cü ildən dəvət aldığı Gürcüstan yığmasıqda 37 oyun keçirib.

Xəbər 950 dəfə oxundu.