Veteranlar arasında VI Azərbaycan Çempionatı başa çatıb
Respublika Şahmat Mərkəzində veteranlar arasında VI Azərbaycan Çempionatı başa çatıb.

9-cu turda Konstantin Kononenko Oruc Fərəczadə üzərində qələbə çalaraq 7.5 xalla Azərbaycan Çempionu adını qazanıb.

Tazəddin Əliyev isə axırıncı turda Akif Həşimzadə ilə heç-heçə edərək 6.5 xalla 2-ci yerlə kifayətlənməli olub. Çempionatın bürünc medalını isə 6 xal toplayan Oruc Fərəczadə qazanıb.

Akif Həşimzadə və Ravis Babayev 6 xal tolayaraq 4-5-ci ,Chubenko Gennadi və Həmzə İsmayılov isə 5.5 xal toplayaraq 6-7-ci pillədə qərarlaşıblar.

Sonda qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları və pul mükafatları ilə təltif olunublar.

Xəbər 737 dəfə oxundu.