Sebastyan Fetteldən qələbə
Kanadanın Monreal şəhərində Formula 1 üzrə növbəti qran pri artıq geridə qaldı.

İdman.com.az saytının məlumatına görə, sıralama turunda poul qazanan Sebastyan Fettel yarışı da yüksək səviyyədə keçirərək qələbə qazanıb. Beləliklə də o, ən yaxın izləyicisi ilə fərqi artırıb. Podiumda həmçinin Fernando Alonso və Lyuis Hamilton yer alıblar. Mark Ueber 4-cü, Niko Rosberq isə 5-ci olub.

Xəbər 664 dəfə oxundu.