Mourinyo: "Bir əfsanə olaraq anılmaq istəmirəm"
"Özümü özəl biri olaraq hiss edirəm. "Çelsi"yə ilk dəfə gəldiyim zaman bunu söyləmişdim. Çünki bir neçə klubla çempionluqlar yaşamaq xüsusi bir qabiliyyət tələb edir. Uğur qazanmazsanız, özəl deyilsiniz... Mən isə qazanıram".

Bu sözləri "Çelsi"nin yeni baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis özünü dünyanın ən yaxşı məşqçisi hesab etməsə də, hazırda ondan da yaxşı birisi olmadığını bildirib: "Bir əfsanə olaraq anılmaq istəmirəm. Amma əfsanə ola biləcək qədər uğurlarım var. Bu uğularıma baxdığım zaman özümü böyük bir baş məşqçi olaraq görə bilirəm".

Qeyd edək ki, Mourinyo "Porto" və "İnter"lə Çempionlar Liqası, "Real" (Madrid) və "Çelsi" ilə də ölkə çempionluğunu yaşayıb.

Xəbər 891 dəfə oxundu.