Ünal Aysal Nani transferindən danışdı
"Bu işi çox diqqətlə həyata keçiririk"

"Qalatasaray"ın prezidenti Ünal Aysal "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Luiş Nani transferi ilə bağlı açıqlama verib.

təcrübəli yarımmüdafiəçinin hələ gündəmlərində olmadığını deyən klub rəhbəri fikrini belə izah edib:

"Nani transferi ilə bağlı hazırda hər hansı yenilik yoxdu. Bu məsələni daha sonra danışarıq. Çünki o mövqe mənim üçün əsas deyil. Hazırda çatışmazlıqlar olan mövqelərə oyunçular axtarırıq. Transferlər üçün həssas və ciddi çalışmalar aparırıq. Bizim iki mövsümdə yaratdığımız yeni və önəmli heyətimiz var. Burada bir-iki əksikliyimiz varsa, onu da tamamlamağa çalışırıq. Digər klublarda olduğu kimi bizdə böyük dəyişiklik olmayacaq. Sadəcə olaraq, əksikliklərimizi tamamlayırıq. Bu işi də çox diqqətlə həyata keçiririk. Ehtiyacımız olmayan bölkələrə oyunçu almayacağıq".

Xəbər 914 dəfə oxundu.