Məhəmmədrəsul Məcidov: Yalnız qızıl medalı hədəfləmişəm
«Yalnız qızıl medalı hədəfləmişəm. İnşallah, yekunda arzuma çataram.» Bunu «İdman» qəzeti və idman.com.az saytının Minskə ezam olunmuş əməkdaşına açıqlamasında milli komandamızın aparıcı boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) dedi.

Belarus paytaxtında keçirilən Avropa çempionatında ən yüksək mükafata real namizədlərdən sayılan titullu idmançı medal kolleksiyasına növbəti «qızıl»ı daxil etmək niyyətindədir:

«Olimpiya oyunlarında mükafat qazanmışam. Dünya çempionu olmuşam. Avropa çempionatlarında isə hələlik fərqlənməmişəm. İstəyirəm ki, bu mötəbər yarışdan da uğura yetişim».

Kamran HACI

Xəbər 1166 dəfə oxundu.