Premyer Liqa zirvədə
«Böyük beşlik» ölkələri arasında ən çox gəlir əldə edən çempionat müəyyənləşib. «Deloitte» futbolda maliyyə durumu ilə bağlı araşdırmalar aparıb.

«Deloitte» «Annual Review of Football Finance 2013» adlı hesabatında İspaniya La Liqasının, İngiltərə Premyer Liqasının, Almaniya Bundesliqasının, İtaliya A Seriyasının və Fransa Liqa 1-nin 2011/12 mövsümündəki maliyyə durumunu dəyərləndirib.

Məlum olub ki, İngiltərə Premyer Liqası futbolçulara 2 milyard avro ödəmələrə rəğmən 2.9 milyard avroluq gəlirlə digər 4 çempionatı qabaqlayır. İngiltərə birinciliyində klubların gəliri əvvəlki ilə nisbətən 4 faiz artıb.

İngiltərə Premyer Liqasını 1,9 milyard gəlirlə Almaniya Bundesliqası izləyir. İspaniya La Liqasının illik gəliri 1.8, İtaliya A Seriyasının gəliri 1.6, Fransa Liqa 1-nin gəliri isə 1.1 milyard avro təşkil edir.

Xəbər 1023 dəfə oxundu.