Useyn Boltun rəqibi tapıldı
Yamaykalı atlet Useyn Bolt “Almaz Liqa” çərçivəsində keçirilən “Golgen Gala”nın Roma mərhələsində uğursuzluğa düçar olub. 100 metr məsafəyə qaçışda o, finişə amerikalı sprinter Castin Qedlindən sonra çatıb.

Useyn Bolt şoka düşdüyünü deyib: “Travmadan sonra müalicəm başa çatmayıb. Uğursuzluğumun da səbəbi budu”.

Qedlin 9,94 saniyəlik göstərici ilə lider olub. Useyn Boltun nəticəsi isə 9,95 saniyə idi.

Xəbər 828 dəfə oxundu.