Avropa çempionatı: 7-ci gündə 2 final və 2 bürünc - YENİLƏNİB
Minskdə usta boksçular arasında Avropa çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün yarımfinal döyüşləri keçirilib. Bizdən ilk olaraq mübarizəyə Salman Əlizadə (46-49 kq) qoşuldu. Onun rəqibi irlandiyalı Patrik Barnes oldu. Üstün boks
nümayiş etdirən adalı idmançı həlledici mərhələyə yüksəldi.

Gündüş təşkil ediləcək qarşılaşmalarda çempionluğa iddialılardan sayılan Teymur Məmmədov (91 kq) ukraynalı Denis Poyatskla münasibətinə aydınlıq gətirdi. Gərgin mübarizədə həmyerlimiz hər 3 raunnda 29:28 hesabları ilə qalib gələrək, finala adladı.

Saat 21:00-da başlayan görüşlərdə rinqə Elvin Məmişzadə (52 kq) çıxdı. İdmançımız uelsli Endryu Selbi ilə üz-üzə gəldi. Gərgin mübarizədə təmsilçimiz üstün görünsə də, hakim qələbəni rəqibə verdi.

Məhəmmədrəsul Məcidov (+91 kq) isə döyüşmədən finala çıxıb. Onun belaruslu həmkarı dünya çempionumuzla görüşməkdən imtina edib.

Kamran HACI, Minsk


Xəbər 1160 dəfə oxundu.