Millimizin üzvü transferə çıxarıldı
Rumıniyanın “Petrolul” klubu milli komandamızın üzvü Elhad Nəziri ilə yolları ayırmaq fikrindədir.

Klub artıq futbolçunu transferə çıxarıb. Elhad Nəziri qış fasiləsində Moldovanın “Milsami” klubundan transfer edilib və onunla 3.5 illik müqavilə imzalanıb. İndi isə klub demək olar ki, ehtiyatda qalan futbolçunun xidmətindən istifadə etmək istəmir.

Qeyd edək ki, Elhad Nəziri “Petrolul”un heyətində cəmi bir oyunda meydana çıxıb.

Xəbər 812 dəfə oxundu.