“Bavariya” rekordları qırmaqda davam edir
Çempionlar Liqasının son qalibi və Avropanın hazırda ən güclü komandası olan “Bavariya” rekordları qırmaqda davam edir. Daha bir məlumat Münhen klubunun azarkeşləriylə bağlıdı.

Belə ki, “Bavariya” Almaniya Bundesliqasının 2013-14-cü il mövsümündə keçirəcəyi 17 ev oyunundan 16-nın bütün biletlərini indidən satıb.

Klub direktorlar şurasının üzüv Yan-Kristian Dresenin verdiyi məlumatda deyilir: “16 ev oyununun hər biri üçün 80-140 min bilet sifarişi var. Yalnız “Hoffenhaym”la matç üçün cəmi (!) 68 min elektron sifariş var. Odu ki, hələ bilet var”.

Xəbər 844 dəfə oxundu.