Runi üçün yeni təklif
“Mançester Yunayted”in şərəfini qoruyan Ueyn Runinin komandadan ayrılacağı yenidən gündəmə gəlib. Runinin “Arsenal”a keçəcəyi iddia olunur.

London təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün “Mançester Yunayted”ə 30 milyon funt-sterlinq (təxminən 35 mln avro) təklif edib. Runinin “Arsenal” qazancı da açıqlanıb. Belə ki, Runi “topçular”ın heyətində həftəsinə 200 min funt-sterlinq (təxminən 250 min avro) qazanacaq.
Qeyd edək ki, 2004-cü ildən “Mançester Yunayted”də çıxış edən Runi keçirdiyi 278 oyunda 141 qola imza atıb.

Xəbər 964 dəfə oxundu.