“Mançester Siti”nin yeni transferi
“Mançester Siti” braziliyalı futbolçu ilə müqavilə imzalayıb. “Şaxtyor”un braziliyalı futbolçusu Fernando Luis bundan sonra “şəhərlilər”in şərəfini qoruyacaq.

28 yaşlı yarımmüdafiəçi dünən tibbi müayinədən keçdikdən sonra ingilis klubu ilə rəsmi müqavilə imzalayıb. “Şaxtyor” klubu braziliyalı futbolçu üçün 40 milyon avro ödənildiyini bildirib.

Xəbər 804 dəfə oxundu.