Tomas Müller Messi ilə müqayisə edilməsini istəmir
"Bavariya"nın futbolçusu Tomas Müller "Barselona"nın ulduzu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

Müller argentinalı hücumçunun başqa səviyyədə futbol oynadığını deyib.

"Son mövsüm Çempionlar Liqasında bir çox qol vursam da, bu, mənim Messidən daha yaxşı olduğumu göstərmir. Mən sadəcə komandamın ÇL-i qazanmasında əlimdən gələni etdim. Messi başqa səviyyədə futbolçudur".

Xəbər 853 dəfə oxundu.