Sumqayıtda «məktəbli kuboku»
Ötən həftəsonu Sumqayıt şəhərindəki orta məktəblərin IV sinif şagirdləri arasında «Məktəbli kuboku»na yekun vurulub.
Turnir AFFA, Təhsil Nazirliyi, “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt şəhər gənclər və İdman Baş İdarəsi, Regional Futbol Federasiyaları və Şimal Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Finalda 2 saylı orta məktəbin komandası 1:0 hesabı ilə 17 saylı orta məktəbin komandasını məğlub edərək «Məktəbli kuboku»nun qalibi olub. 3-cü yer uğrunda oyunda 28 saylı orta məktəb 2:1 hesabı ilə 16 saylı orta məktəbin komandasını məğlub edib.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Xəbər 852 dəfə oxundu.