Misir yığma komandası Bakıdadır
Azərbaycan Güləş Federasiyası və Misir Güləş Federasiyası arasında sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışları keçirilməsi barədə razılıq əldə olunub.

Əldə olunan razılığa əsasən, Misir yığma komandaları iyunun 19-dək Bakıda birgə təlim-məşq toplanışında iştirak edəcəklər. Bununla əlaqədar iyunun 6-da Misir yığma komandasının mətbuat üçün açıq məşqi keçirib.

Xəbər 658 dəfə oxundu.