“Simurq” klubu heyətini gücləndirib
Zaqatalanın “Simurq” klubu heyətini gənc futbolçu ilə gücləndirib.

Komanda Məhərrəm Hüseynovla ikiillik müqavilə imzalayıb. Gənc yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, M.Hüseynovun son klubu “Kəpəz” olub. 21 yaşlı futbolçu ötən mövsüm Gəncə təmsilçisinin heyətində 26 matçda forma geyinmiş və 2 min 98 dəqiqə meydanda olub.

Xəbər 683 dəfə oxundu.