Braziliyalı futbolçu Aykut Kocamandan danışdı
«Aykut Kocaman 11-12 kilometr qaçmağımızı istəyirdi. Amma keçdiyi məşqlər işə yaramırdı»- bu sözləri «Fənərbaxça»nın sabiq kapitanı Aleks deyib.

Braziliyalı futbolçu komandanın keçmiş baş məşqçisi Aykut Kocamanla münasibətlərindən danışıb: «Onunla heç bir iş doğru getmədi və bu səbəbdən münasibətlər pisləşdi. Mənimlə işləmək istəmədiyini dedidi. O məşqçi idi, mən isə klub tarixində böyük bir isim idim. Məni qovmaq istəyirdi, amma vurduğum qollar və verdiyim ötürmələr səbəbindən bunu edə bilmirdi. «Vasluy»la oyundan sonra Aykut Kocaman, «ilk günümdən bəri sənsiz bir komanda yaratmağa çalışıram» dedi. İdman direktoru olduğu vaxtda da kapitanlığımı almaq istəmişdi. Amma kimsə kapitan olmaq istəmədiyindən edə bilmədi».

Xəbər 800 dəfə oxundu.