Terri “Monako”nun maraq dairəsindədir
“Çelsi”nin mərkəz müdafiəçisi və kapitanı Con Terri “Monako”nun maraq dairəsinə düşüb.

Fransa klubu ingilis futbolçunun keçidi üçün “zadəganlar”a 7 milyon funt-sterlinq ödəməyə hazırdı. Bu təklifi London təmsilçisinin də qəbul edəcəyi gözlənilir. Çünki Terrinin müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. Yeni razılaşma ilə bağlı isə hələ ki “Çelsi” rəhbərliyi tərəfindən futbolçuya heç bir təklif göndərilməyib.

Qeyd edək ki, daha əvvəl “Monako” “Liverpul”un müdafiəçisi Daniel Agger ilə də yaxından maraqlanırdı.

Xəbər 768 dəfə oxundu.