III Caspian Cup beynəlxalq turnirinə yekun vurulub
AFFA-nın təşkilatçılığı, “Access Bank”-ın sponsorluğu ilə keçirilən III Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. III yer uğrunda oyunda Gürcüstan və Yaponiya yığmaları qarşılaşıb. Penalti seriyasında 5:3 hesabı ilə qalib gələn yaponiyalı futbolçular üçüncü yeri tutub.

Final oyununda Azərbaycan və Türkiyə yığmaları üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan Türkiyə yığması III Caspian Cup beynəlxalq turnirinin qalibi olub.
Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, “Access Bank”-ın İdarə Heyətinin sədri Mixael Hoffmann və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov təqdim edib.

Əvvəlcə final oyununu idarə etmiş hakimlərə xatirə hədiyyələri və diplom verilib. Daha sonra Yaponiya yığmasının üzvləri bürünc, Azərbaycan komandasının futbolçuları isə gümüş medallarla təltif edilib. Sonda III Caspian Cup turnirinin kuboku Türkiyə yığma komandasına təqdim olunub.

Xəbər 660 dəfə oxundu.