Melounun ən yaxşı beşliyi
Yutanın keçmiş forvardı və hazırki məşqçisi Karl Meloun NBA-nın bütün tarixi ərzində ən yaxşı beşliyinə Maykl Cordanı salmayıb.

İdman.com.az saytının məlumatına görə, Meloun ESPN kanalına müsahibəsində "Mənim rəmzi beşliyim belədir: Con Stokton, Oskar Robertson, Skotti Pippen, Lebron Ceyms və Uilt Çemberlen"-deyə bildirib.

Meloun NBA-da 19 mövsüm keçirib. Bunlardan 18-i Yutanın heyətində olub. O, karyerasında 14 dəfə Ulduzlar oyununa seçilib. 2 dəfə MVP olub. Olimpiya oyunlarının qızıl medalını qazanan Meloun 1996-cı ildə tarixin ən yaxşı 50 basketbolçusu siyahısında yer alıb.

Xəbər 796 dəfə oxundu.