Ronaldo yeni müqavilə imzalamağa hazırdır
Madrid Realının futbolçusu Kriştiano Ronaldo komandası ilə 2018-ci ilə qədər yeni müqavilə imzalamağa hazırdır.

İdman.com.az saytı xəbər verir ki, tərəflər artıq bu məsələdə son nöqtəni qoymağa yaxındırlar. Yeni sözləşməyə əsasən, Ronaldo müxtəlif bonuslar qazanacaq. Realın qazandığı titullara, Ronaldonun adından istifadə edilən reklam məsələlərinə və futbolçunun qazandığı "qızıl top"a görə də mükafatlar köçürüləcək.

Xatırladaq ki, bəzi mətbuat orqanları Ronaldonun yeni müqavilə bağlamağa razı olmadığını bildirmişdi. Bundan sonra Peres həmin xəbərləri təkzib edib.

Xəbər 1492 dəfə oxundu.