Ən çox qazanan idmançıların siyahısı
Məşhur Forbes jurnalı ötən il ən çox qazanan idmançıların yeni siyahısını təqdim edib.

İdman.com.az saytının məlumatına görə, siyahıda 1-ci yeri qolf ustası Tayger Vuds tutub. Onun gəliri 78,1 мilyon dollar olub.

Yeni reytinqdə 2-ci yeri İsveçrəli Rodjer Federer tutub (71,5 мilyon). 3-cü yerdə isə Leykersin lideri Kobi Brayant qərarlaşıb (61,9 мilyon).

Ötən ilki reytinqin lideri Floyd Meyuezer 14-cü pilləyə yuvarlanıb. Bunun da səbəbi onun ötən il yalnız 1 döyüş keçirməsidir. Buna görə o, 34 milyon qonorar alıb.

Xəbər 751 dəfə oxundu.