"Monako"dan Con Terriyə rəsmi təklif
"Monako" "Çelsi" klubunun müdafiəçisi Con Terrini transfer hədəfinə alıb. 32 yaşlı futbolçu ilə Fransa təmsilçisi yaxından maraqlanır.

"Atletiko"nun ulduz futbolçusu Radamel Falkaonu heyətinə qatan "Monako" Terriyə iki illik müqavilə təklif edib. Təcrübəli futbolçu "Monako"da oynayacağı təqdirdə ilinə 7 milyon funt-sterlinq qazanacaq.

Xəbər 1393 dəfə oxundu.