Teymur Məmmədov: 2-qat Avropa çempionu olmaq istəyirəm
«Bu Avropa çempionatında da gərgin döyüşlər keçir. Çalışıram ki, titulumu qoruyam». Bunu «İdman» qəzeti və idman.com.az saytının Minskə ezam olunmuş əməkdaşına açıqlamasında milli komandamızın aparıcı üzvü Teymur Məmmədov (91 kq) dedi. Titullu boksçunun sözünə görə, bizdə 2-qat qitə çempionu olmadığından, onun arzusu ilk dəfə olaraq bunu gerçəkləşdirməkdir:

«Adətən, olimpiya oyunlarından sonra böyük yarışlarda çıxış etmək ağır olur. Yenidən toparlanıb, yüksək formanı bərpa etmək üçün zaman gərəkdir. Amma məni Azərbaycanda gözləyənlər var. Xalqım yenə qələbə qazanmağımı istəyir. İnşallah, bunu reallaşdıracağıma çalışacam».

Kamran HACI

Xəbər 2008 dəfə oxundu.