III Caspian Cup beynəlxalq turniri davam edir
Bakıda futbol üzrə III Caspian Cup beynəlxalq turniri davam edir.

Yarış 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilir. Yarışda doqquzuncu yer uğrunda oyun keçirilib. Bayıl stadionunda Qırğızıstan və Tacikistan futbolçuları üz-üzə gəliblər. Baş hakim Ramiz Məhərrəmovun idarə etdiyi oyunda Tacikistan milli komandası 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnirin final qarşılaşması Azərbaycan və Türkiyə yığma komandaları arasında oynanılacaq.

Xəbər 964 dəfə oxundu.