“Ronaldo, evinə xoş gəldin!”
İngiltərənin "Mançester Yunayted" klubu bu gün rəsmi tvitter səhifəsindən hamının marağına səbəb olan bir tvit paylaşıb.

Klub keçmiş futbolçusu Kriştiano Ronaldo haqda "Evinə xoş gəldin!" sözlərini yazıb, lakin daha sonra bu tvit silinib.

Bu tvitdən azarkeşlər Ronaldonun “MY”yə döndüyünü düşünüblər. Amma bunun nə dərəcədə doğru olub-olmadığı hələ məlum deyil.

Qeyd edək ki, Joze Mourinyonun İngiltərənin “Çelsi” klubuna qayıtmasından sonra Ronaldonun da sabiq komandası “Mançester Yunayted”ə keçəcəyi haqda xəbərlər dolaşır.

Xəbər 836 dəfə oxundu.