Kasilyas Mourinyodan danışdı
"Real"ın qapıçısı İker Kasilyas sabiq baş məşqçiləri Joze Mourinyo haqqında danışıb.

La Liqada "Osasuna" ilə son matçda ilk 18-liyə belə salınmayan qolkiper portuqaliyalı mütəxəssisə kin saxlamadığını deyib: "Son matçda oynaya biləcək vəziyyətdəydim. Heç bir problemim yox idi. Mourinyonun mənə pis davrandığını düşünmürəm. Klub üçün ən faydalı qərarlar verdi".

Xəbər 831 dəfə oxundu.